Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Sinan Oğuz Türkiyəni silkələyə bilər - Bu namizədi DƏSTƏKLƏYƏCƏK

Sinan Oğuz Türkiyəni silkələyə bilər - Bu namizədi DƏSTƏKLƏYƏCƏK

Tarix: 18-05-2023, 13:39

"Türkiyə seçkilərinin prezident Rəcəb Tayyib Ərdoğanın uzun siyasi karyerasının sonu olub-olmayacağı ilə bağlı bu həftəki “Guardian Weekly”nin üz qabığını planlaşdırmağa başlamışdıq. Lakin tezliklə məlum oldu ki, Ərdoğanla bağlı proqnozlar böyük ölçüdə yanlış dəyərləndirilib".

Bunu İngiltərədə nəşr olunan həftəlik xəbər jurnalı "Guardian Weekly" yazıb.

"İkinci turda Kılıçdaroğlunun əhəmiyyətli qayıdış ehtimalı istisna olmaqla, işarələr Ərdoğanın 20 illik hakimiyyətini uzadacağını göstərir" - məqalədə qeyd olunub.

ABŞ-ın nüfuzlu “New York Times” qəzeti isə “Türkiyə prezident seçkilərində uduzdu, amma ikinci turda ölkəni silkəyə bilər” başlıqlı xəbərində Sinan Oğana diqqət çəkib.

Qəzet səsvermənin ilk turunda üçüncü olan Sinan Oğanın birdən-birə Türkiyədə ən çox danışılan adlardan birinə çevrildiyini yazıb:

"Hansı namizədi dəstəkləyəcəyini hələ açıqlamayan Oğan deyir ki, ona səs verənlərin 70 faizinin məsləhətinə əməl edəcək. Lakin siyasi analitiklər buna o qədər də əmin deyillər. İlk turda onun bir çox tərəfdarı başqa namizədlərə etiraz etmək üçün onu seçmiş ola bilər".

“New York Times” yazır ki, ilk turda rahat liderlik qazanan Ərdoğan ikinci turda da qalib gəlməyə hazır görünür: "Analitiklərin fikrincə, Sinan Oğanın seçiciləri Kamal Kılıçdaroğlundan çox Ərdoğana üstünlük verəcək".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR