Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Türkiyədə prezident seçkiləri: xaricdə səsvermə başlayır

Türkiyədə prezident seçkiləri: xaricdə səsvermə başlayır

Tarix: 19-05-2023, 08:39

Türkiyədəki prezident seçkilərinin ikinci turu çərçivəsində xarici ölkələrdə qurulacaq seçki qutularının sayı açıqlanıb.

Bu barədə Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Sərim məlumat verib.

O qeyd edib ki, xarici ölkələrdə Türkiyə vətəndaşlarının səsverməsi üçün ümumilikdə 3461 seçki qutusu qurulacaq.

"Xaricdə yaşayan vətəndaşlarımızın demokratik vəzifələrini yerinə yetirə bilmələri üçün xarici nümayəndələrimiz vasitəsilə lazım olan hər cür dəstəyi veririk", - XİN rəhbərinin müavini bildirib.

Qeyd edək ki, Türkiyədən kənarda yaşayan vətəndaşlar 20-24 may aralığında səs verəcəklər.

Prezident seçkilərinin ikinci turu 28 mayda keçiriləcək. İkinci turda Türkiyə lideri Ərdoğan və müxalifətin nümayəndəsi Kılıçdaroğlu mübarizə aparacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR