Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Azərbaycanda bu maşınların qiyməti ucuzlaşa bilər

Azərbaycanda bu maşınların qiyməti ucuzlaşa bilər

Tarix: 23-05-2023, 14:30

 "Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliyə əsasən, 2023-cü il may ayının 1-dən etibarən Azərbaycanda istehsal olunan avtomobillərin satışı 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunub".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dəyişiklik təsdiq olunduqdan sonra yerli istehsal olan avtomobillərin satışı zamanı 18.0 faizlik vergi ödənilməyəcək:

"Bu həmin avtomobillərin xərcinin azalmasına imkan verəcək. İqtisadi baxımdan xərcin azalması yerli avtomobillərin qiymətinə də təsirsiz ötüşməməlidir. Dəyişiklikdə əsas məqsəd yerli avtomobil istehsalının satışını təşviq etməkdir. Eyni zamanda, Vergi Məcəlləsinə ediləcək bu dəyişiklik idxal olunan avtomobillərlə müqayisədə yerli avtomobillərin rəqabət imkanlarını gücləndirəcək. Hazırda "Xəzər" avtomobil zavodu yerli avtomobillərin istehsalını genişləndirməyə çalışır. Həmçinin, Özbəkistanla yeni model avtomobillərin istehsalı ilə bağlı müzakirələr gedir. Bu isə ondan xəbər verir ki, ƏDV-dən azad olma həm də yerli istehsalın genişləndirilməsi üçün imkanlar yaradacaq".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR