Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Zelenski haqqında yuxuya görə üç dəfə cərimələnən rusiyalı yenə saxlanıldı: “Cinayət aləti” müsadirə edildi

Zelenski haqqında yuxuya görə üç dəfə cərimələnən rusiyalı yenə saxlanıldı: “Cinayət aləti” müsadirə edildi

Tarix: 24-05-2023, 07:45

 

Çitanın (Rusiya) Mərkəzi Dairə Məhkəməsi yerli sakin İvan Losevi Rusiya ordusunu “nüfuzdan salma” cinayət maddəsi ilə təqsirli bilib, ona 120 min rubl (təqribən 2,5 min manat) cərimə kəsib.

Bu barədə məhkəmənin Mətbuat Xidməti xəbər verib.

Qeyd edək ki, Losev bundan əvvəl eyni maddə ilə üç dəfə cərimələnib. İlk dəfə sosial şəbəkələrdəki paylaşımına görə cərimələnib - o, Ukrayna Prezidenti Volodimir Zelenski haqqında yuxusunu danışıb.

Fevral ayında Losev Rusiya ordusunu “nüfuzdan salma” maddəsi ilə yenidən iki dəfə cərimələnib - Bu dəfə Çita sakini “Dojd” və “BBC News”a verdiyi müsahibədə ilk cərimədən danışdığı üçün.

Losevə qarşı sonuncu cinayət işinin açılmasına səbəb isə onun “Instagram” hesabından Rusiya Silahlı Qüvvələrinin nümayəndələrinin fəaliyyətini gözdən salan paylaşımı olub. Məhkəmənin hansı posta istinad edildiyi bəlli deyil. Yerli media bunun Losevin “Dojd” kanalında canlı yayımda göstərilən və üzərində “Ukraynanı xilas et” sözləri yazılan paylaşımın səbəb ola biləcəyini ehtimal edib.

Məhkəmənin mətbuat xidməti bildirib ki, Losev günahını tam etiraf edib və əməlindən peşman olub, ona görə də onun işinə xüsusi qaydada baxılıb. Əvvəlcə o, 150 min rubl (3,1 min manat) cərimələnib, lakin hakim cəzanı yüngülləşdirib, çünki Losev hökm çıxarılmazdan əvvəl həbsdə olub. Bundan əlavə, məhkəmə Losevin “cinayət aləti” olan “iPhone” telefonunun dövlət xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.

Mənbə: Meduza




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR