Son Xəbər: Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb, Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb, Ukrayna ordusuna aid dronun Donetskdə avtobusa düşməsi nəticəsində yeddi nəfər ölüb, Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb,

Ərdoğanın qələbəsi Milli Məclisdə müzakirə olundu

Ərdoğanın qələbəsi Milli Məclisdə müzakirə olundu

Tarix: 30-05-2023, 12:09

“28 may seçkilərində müdrik türk xalqı öz siyasi müqədərratını təyin etdi, qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdi”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamal Cəfərov bildirib.

“Seçkilərin nəticəsində PKK/FETÖ terror təşkilatları məğlub oldu, Mehmetçik və Bayraktar qalib gəldi. Bundan başqa zəlzələyə sevinib, ondan siyasi mənfəət güdənlər məğlub oldu, zəlzələdən əziyyət çəkənlər qalib gəldi. Mənfəət uğruna birləşən ittifaq məğlub oldu, ali dəyərlər uğrunda savaşan "Cümhur ittifaqı" qazandı. Eyni zamanda Kılıçdaroğlu məğlub oldu, Türkiyə qazandı. Əlbəttə, yaxşı gündə əsl dost, əsl qardaş ən azı onun qədər sevinəndir. Azərbaycan xalqı da, dövləti də seçkiləri yaxından izləyirdi, biz türk millətinin qələbəsinə inanırdıq. Təsadüfi deyil ki, seçkilərin birinci və ikinci turunda həmkarına ilk zəng edən, təbrik edən Prezident İlham Əliyev oldu. "Bir millət, iki dövlət" anlayışını sözün əsl mənasında sübut edən, Türkiyə və Azərbaycan arasındakı münasibətləri "Bir yumruq" zirvəsinə çatdırmağı bacaran Azərbaycan Prezidenti İlham Əliyev də bütün dünyaya əsl qardaş, etibarlı dost necə olmalıdır, onu bir daha sübut etdi”, - deyə deputat vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR