Son Xəbər: Fransa və Aİ-nin revanşizmə dəstəyi - İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır - ŞƏRH, Bu müəllimlərin də maaşları ARTACAQ, Tahir Gözəl: "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq", Ağdamda itkin düşən șəxs axtarılır, Putin sabah Qazaxıstana gedir, AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib, Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib, Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ, Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir, Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər,

Bakıda hindistanlı ilə bağlı hökm - İnternetə girə bilməz

Bakıda hindistanlı ilə bağlı hökm - İnternetə girə bilməz

Tarix: 30-05-2023, 17:41

Bakıda Hindistan vətəndaşı “ASAN Viza” sisteminə müdaxilə edərək 27 min manat pul mənimsəyib.

47 yaşlı Vişal Dansinqhanin 1000-dən çox Hindistan və Pakistan vətəndaşı ilə bağlı onlayn sistemə saxta məlumatlar daxil edib.

Araşdırmalar zamanı məlum olub ki, o, başqa şəxslərə dair məlumatları autentik (həqiqi) kompüter məlumatları kimi istifadə etmək məqsədilə “ASAN Viza” sisteminin informasiya ehtiyatında kompüter məlumatlarını dəyişdirib. Belə ki, Azərbaycana səfər edən əcnəbilərin viza alması üçün verdiyi məlumatları “evisa.gov.az” veb ünvanına daxil olaraq “Düzəliş et” funksiyasından istifadə etməklə başqa şəxslərə dair məlumatlarla əvəz edib. O, əcnəbilər barədə maxinasiyalar etməklə sistemdə olan ilkin məlumatların autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olub.

Vişal Dansinqhanin barəsində Cinayət Məcəlləsinin 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) maddəsi ilə cinayət işi başlanıb. O, ifadəsində 2019-cu ilin sonlarında Azərbaycanda turizm şirkəti təsis etdiyini bildirib: “2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar yollar bağlandığına görə şirkət fəaliyyət göstərə bilmədi. Şirkətə rəhbərlik etdiyim zaman vizaların əldə olunması və turistlərin yerləşdirilməsi ilə bağlı müəyyən təcrübə qazanmışdım. 2022-ci ilin martında “Salam Namaste” adlı restorana Pakistandan olan Anjum adlı əcnəbi nahar etmək üçün gəldi. Özünü biznesmen kimi təqdim edərək Azərbaycanda müxtəlif turizm şirkətlərində tanışlarının işlədiyini bildirdi. İstənilən xarici ölkə vətəndaşları üçün dövlət rüsumundan daha ucuz “ASAN Viza” təşkil edə biləcəyini qeyd etdi. 26 dollarlıq rüsumu 22 dollara hazırlaya biləcəyini dedi. Martda Anjum təxminən 1000 ədəd vizanı hər biri 22 yox, hətta 19 dollardan verdi. Daha sonra 8 nəfər, 58 nəfər və 22 nəfər olmaqla əcnəbilərə viza aldıq”.

Nərimanov Rayon Məhkəməsi işi araşdırdıqdan sonra Vişal Dansinqhaninə hökm oxuyub. Hökmə əsasən, təqsirləndirilən şəxs 9 ay müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Bundan başqa Vişala 2 il müddətə internetə daxil olmaq qadağan edilib. Ondan 27 208 manat tutularaq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ödənilməsinə dair qərar çıxarılıb.

“Qafqazinfo”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR