Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bayram Səfərovun direktor qızı məktəbin ərazisini özəlləşdirdiyi üçün təhsil şöbəsinə ÇAĞIRILDI

Bayram Səfərovun direktor qızı məktəbin ərazisini özəlləşdirdiyi üçün təhsil şöbəsinə ÇAĞIRILDI

Tarix: 1-06-2023, 12:08

 Yeni Yasamal qəsəbəsinin Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova şagird və kollektivlər üçün dövlət vəsaiti hesabına tikilən idman kompleksini özəlləşdirərək adı açıqlanmayan fərdi sahibkara icarəyə verib. 

Futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərən idman kompleksinin 1 saat üçün icarə haqqı 60 manat təşkil edir.

Bununla belə, məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanılması üçün nəzərdə tutulan avtodayanacaq da parklanma sahəsi kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verilib.

Məktəb direktoru buna görə sözügedən dayanacağa nəzarətçi də təyin edib.
Məsələ ilə bağlı Şuşa şəhər 1 nömrəli məktəblə əlaqə yaradılıb. Gülnar Qurbanovanın katibəsi Bizim.media-ya açıqlamasında hazırda direktorun məktəbdə olmadığını və regional təhsil şöbəsinə çağırıldığını bildirib. 

Qarabağ Regional Təhsil İdarəsinin mətbuat katibi Aynurə Məlikova isə məsələdən yeni xəbər tutduqlarını və araşdırma aparıldığını bildirib. 

Qeyd edək ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır.

Oxu.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR