Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bu gün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək

Bu gün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək

Tarix: 2-06-2023, 10:14

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə işçi qrupun iclası keçiriləcək.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“İyunun 2-də Moskvada regional kommunikasiyalar üzrə işçi qrupun iclası planlaşdırılıb”, - deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, M.Qriqoryan bundan əlavə bildirmişdi ki, işçi qrupun görüşü çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib.

Mənbə: Erməni KİV




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR