Son Xəbər: İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var,

DİN-dən polisin rəislə bağlı iddialarına – Reaksiya

DİN-dən polisin rəislə bağlı iddialarına – Reaksiya

Tarix: 3-06-2023, 10:45

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

Asim Kərimov adlı şəxsin iddiasına görə, Binəqədi Rayon Polis İdarəsinə yeni təyin olunan rəis İlqar Məmmədov onu məzuniyyətdən geri çağıraraq xidmətdən xaric edib. O deyir ki, tanımadığı şəxslər tərəfindən ona böhtan atılıb: “Hazırda isə İlqar Məmmədovun göstərişi ilə avtovağzal ərazisində İsmayılov Xəqani, Kələntərli Vurğun, Bərhud Əkrəm hər bir sprinterlərdən 35-40 AZN, Vita 15-20 AZN aralığında pul yığır. Xahiş edirəm, bu barədə düzgün araşdırma üçün göstəriş verəsiniz”.

Məsələyə Daxili İşlər NAzirliyi reaksiya verib. DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib. E. Hacıyevin sözlərinə görə, o, xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib: “Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.

Oxumağa dəyər:   Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"

Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız,  həqiqətə uyğun olmayan iddialar səsləndirir”.


Əldə etdiyimiz məlumata görə, sosial şəbəkələrdə A.Kərimov polis polkovniki, hazırda Abşeron RPİ-nin rəisi olan Musa Musayevin qohumu kimi təqdim edilir və elə həmin vaxt onun əmri ilə polis orqanlarından xaric edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR