Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Qətər əmiri ilk dəfə Özbəkistana səfər edəcək

Qətər əmiri ilk dəfə Özbəkistana səfər edəcək

Tarix: 5-06-2023, 07:53

Qətər əmiri Təmim bin Həməd Al Tani bazar ertəsi Özbəkistana rəsmi səfərə gedəcək.

O, səfər zamanı respublika rəhbəri Şavkat Mirziyoyev ilə siyasi əlaqələrin inkişafı və investisiya layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə edəcək.

Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Qarşıdan gələn danışıqlar zamanı ən yüksək səviyyədə Özbəkistan-Qətər çoxşaxəli münasibətlərinin daha da inkişaf etdirilməsi məsələlərinə baxılacaq. Söhbət ilk növbədə fəal siyasi təmasların və mədəni-humanitar mübadilənin davam etdirilməsi, energetika, qaz-kimya sənayesi, kənd təsərrüfatı, infrastruktur sahələrində iri investisiya layihələrinin həyata keçirilməsindən gedir”, - məlumatda deyilir.

Dövlət başçıları həmçinin beynəlxalq siyasətin aktual məsələlərini və regional gündəliyi müzakirə edəcəklər.

Danışıqların yekunu olaraq hökumətlərarası və idarələrarası sənədlərin imzalanması gözlənilir.

Mətbuat xidməti qeyd edib ki, Qətər əmirinin Özbəkistana səfəri iki dövlət arasında diplomatik münasibətlərin 25 ildən artıq davam edən tarixində ilk olacaq.

Mənbə: TASS




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR