Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Büdcədəki rəqəmlər niyə dəyişir? - Nazir AÇIQLADI

Büdcədəki rəqəmlər niyə dəyişir? - Nazir AÇIQLADI

Tarix: 6-06-2023, 12:46

“Prezident İlham Əliyev tərəfindən cari ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı əlavə maliyyə təminatının yaradılması, bununla əlaqədar olaraq ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərclərlə bağlı dövlət büdcəsi qarşısında yeni vəzifələr qoyulub”.

Bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi cari ildə əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, cari və ortamüddətli makro-iqtisadi və fiskal dayanıqlığa xələl gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyunkturası şəraitində artımının davam etdirilməsi ilə bağlı hədəflər gözlənilməklə tərtib olunub.

Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin  toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır.

“Bunlar nəzərə alınaraq,  ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulub. Bu vəsaitin artıq 60 faizi  istifadə olunub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün əlavə 2 milyard 260 milyon manat əlavə vəsaitin cəlb edilməsi zərurəti yaranıb”, - deyə o Samir Şərifov bildirib.

Bildirək ki, yenilənmiş büdcə layihəsində 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat çoxdur.

Yeni büdcənin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır. Bu da təsdiqlənmiş göstəriciyə nisbətən 3 milyard 215 milyon manat artıqdır.

Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105 milyon manat nəzərdə tutulur.

Artımdan sonra müdafiə və təhlükəsizlik üzrə xərclərin 6 milyard 54 milyon 844 min 623 manat təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin dövlət büdcəsindəki qiymətinin 50 dollardan 60 dollara qaldırılması təklif olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR