Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

BMU dünyanın nüfuzlu universitetlərinin reytinq cədvəlində

BMU dünyanın nüfuzlu universitetlərinin reytinq cədvəlində

Tarix: 7-06-2023, 13:11

Bakı Mühəndislik Universiteti (BMU) Böyük Britaniyanın “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində növbəti dəfə dünyanın ən yaxşı universitetləri sırasında yer alıb. 

“Times Higher Education Impact Rankings”- Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması və DİM üzrə öhdəliklərin uğurlu icrasında universitetlərin rolunun qiymətləndirilməsi ilə bağlı dünyada yeganə qlobal effektivlik cədvəli hesab edilir. Cədvəl tərtib edilərkən ali təhsil müəssisələrinin fəaliyyətləri DİM-in 17 istiqamətinin hamısı üzrə qiymətləndirilir.  

BMU-nun artıq üçüncü dəfədir daxil olduğu adıçəkilən reytinq  cədvəli 112 ölkə və regiondan 1591 universiteti əhatə edir. Reytinqin müəyyənləşdirilməsində tədqiqat, idarəetmə, təbliğat və tədris kimi dörd geniş sahə üzrə hərtərəfli və balanslaşdırılmış müqayisəni təmin etmək üçün diqqətlə kalibrlənmiş göstəricilərdən istifadə olunub. Bununla yanaşı, reytinq seçimləri üçün reputasiya sorğusu, işçilərin tələbə nisbəti, doktorantura və bakalavr dərəcələrinin nisbəti, doktorluq dərəcələrinin akademik heyətə nisbəti, institusional gəlir kimi parametrlər əsas götürülüb. 

Reytinq cədvəlində BMU ilə yanaşı, Azərbaycanın 6 universiteti də (Bakı Dövlət Universiteti, Azərbaycan İnşaat və Memarlıq Universiteti,  Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycanı Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, Naxçıvan Dövlət Universiteti də yer alıb. 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR