Son Xəbər: Azərbaycan neftinin qiyməti 117 dolları keçib, Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb, Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur, "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib,

Azərbaycanda Qayıdış Günü təsis edilsin - TƏKLİF

Azərbaycanda Qayıdış Günü təsis edilsin - TƏKLİF

Tarix: 9-06-2023, 14:25

Parlamentdə Qayıdış Gününün təsis edilməsi barədə təklif səsləndirilib.

Bununla əlaqədar Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Elşad Mirbəşiroğlu çıxış edib. O bildirib ki, Azərbaycanda işğaldan azad edilmiş ərazilərə ilk qayıdışın təmin edildiyi günü Qayıdış Günü olaraq rəsmi şəkildə qeyd etmək vacibdir: 

“Bildiyimiz kimi, 2016-cı il Aprel döyüşləri nəticəsində ordumuz Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Bununla da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin məskunlaşdırılmasına imkan yarandı. 2017-ci il iyunun 14-də ölkə prezidenti tərəfindən bərpadan sonra kəndin açılışı həyata keçirildi. Bundan sonra kənddə soydaşlarımızın ilk qrupunun məskunlaşdırılmasına başlanıldı və qayıdış qısa zamanda uğurla başa çatdırıldı. Bu, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın başlanğıcı idi. Ona görə hesab edirəm ki, 14 iyun tarixinin Azərbaycanda Qayıdış Günü kimi təsis edilməsi əhəmiyyətli olar”.

Deputatın fikrincə, bu günün əhəmiyyətini bir neçə məqam üzərindən əsaslandırmaq olar:
“Birincisi, bu, böyük tarixi uğurumuz haqqında əlavə tarixi yaddaş elementi olar. İkincisi, bildiyimiz kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri məhz Böyük Qayıdış istiqamətində görüləcək işlərdən ibarətdir. Bu mənada, Qayıdış Gününün təsis edilməsi sözügedən istiqamətdə işlərin həyata keçirilməsinin də ümumi ruhuna müsbət təsir göstərər. Üçüncüsü isə ermənilərin işğalçılıq siyasəti haqqında da tarixi yaddaşımızı daha da möhkəmləndirmiş olarıq. Həmin gün biz bir daha xatırlayacağıq ki, soydaşlarımız Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşüblər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR