Son Xəbər: Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq, Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək, London və Tehran razılığa gəldi, İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib, Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb, Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib, İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib, Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər, Azərbaycan neftinin qiyməti 74 dollara düşüb, Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib,

Bu radiolara Kəlbəcər və Laçında radiotezliklər ayrıldı

Bu radiolara Kəlbəcər və Laçında radiotezliklər ayrıldı

Tarix: 14-06-2023, 13:44

 
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub.

Şuradan verilən xəbərə görə, ilk olaraq yeni lisenziyaların alınması üçün Şuraya təqdim olunan müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb və Şura üzvlərinin müzakirəsinə təqdim olunub. Keçirilmiş müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub. Həmçinin Şuranın müvafiq qərarları ilə "AzəriGlobalServis" QSC-yə (xidmət adı "AGS TV") və "A2Z Technologies" QSC-yə (xidmət adı "AzNet") universal platforma operatoru lisenziyaları verilib.

Bundan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində radio və televiziya yayımının təmin olunması və inkişaf etdirilməsi məsələsinə baxılıb. Həmin bölgədə FM yerüstü radio yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə, habelə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən və "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən Şuraya daxil olan müraciətləri nəzərə alaraq Laçın rayonu ərazisində yerləşən radio-televiziya yayım stansiyasından (RTYS) "Azərbaycan Radiosu" üçün 105.0 MHs, "İctimai Radio" üçün 90.0 MHs, Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" RTYS-dan "İctimai Radio" üçün 90.0 MHs radiotezliklərinin ayrılması barədə qərar qəbul olunub. Həmçinin Laçın rayonu ərazisində yerləşən RTYS-dan ümumölkə televiziya kanallarının açıq yerüstü rəqəmsal yayımını həyata keçirmək üçün 27-ci TV yayım kanalı ayrılıb.

Daha sonra iclasda Bakı şəhəri ərazisində televiziya yayımı üçün radiotezliklərin səmərərli istifadəsi məsələsinə baxılıb, Dövlət Radiotezliklər İdarəsindən Şuraya daxil olan məlumatlar əsasında "Bakı Teleqüllə Kompleksi"ndən 33-cü və 36-cı TV yayım kanallarının boş və istifadəyə yararlı olması məsələsi müzakirə olunub. Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq həmin TV yayım kanallarının ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə verilməsi üçün müsabiqə elan etmək barədə qərar qəbul edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR