Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bu məlumatların qeyri-qanuni açıqlanması qadağan edilir

Bu məlumatların qeyri-qanuni açıqlanması qadağan edilir

Tarix: 22-06-2023, 10:38

Ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ya ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır.

Mediabiz.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən yeni "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanun layihəsində əksini tapıb.

Qanunda qeyd edilir ki, ödəniş xidməti təchizatçısının ödəniş xidmətini göstərdiyi zaman ödəniş əməliyyatının icrası üçün zəruri olan məlumatla məhdudlaşmaqla ödəniş xidməti istifadəçisi haqqında məlumatları vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə ötürməsi bank sirrinin qorunması qaydalarının pozulması hesab edilmir.

"Ödəniş xidməti təchizatçıları, ödəniş xidmətlərinin göstərilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının mövcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş əməkdaşları tərəfindən ödəniş xidməti təchizatçılarının idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ya ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır", - yeni layihədə əks olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR