Son Xəbər: Ağdamda itkin düşən șəxs axtarılır, Putin sabah Qazaxıstana gedir, AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib, Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib, Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ, Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir, Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər, "Qarabağ" - "Lion": Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli - ARAŞDIRMA, 3 nəfər dönərdən ZƏHƏRLƏNDİ, Azərbaycan BOKT-larında kredit riskinin idarə edilməsi qaydası TƏSDİQLƏNDİ,

Çörəyin ucuzlaşmasının səbəbi nədir?

Çörəyin ucuzlaşmasının səbəbi nədir?

Tarix: 25-06-2023, 08:38

Azərbaycanda çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.

İki gündən artıqdır ki, bütün marketlərdə çörəyin qiymətində ucuzlaşma var. Belə ki, 650 qramlıq çörək artıq 65 qəpiyə yox, 60 qəpiyə satılır.

Mövzu ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dünyada taxılla bağlı yaşanan narahatlıq dövrü artıq bitib.

"Ötən ilin ikinci yarısından sonra dünyada taxılın qiyməti ucuzlaşıb. Taxılın ucuzlaşması çörəyin qiymətinə də təsir edib. Taxılın ən baha olduğu dövr ötən ilin ortalarına təsadüf edir. Əsas səbəb isə Ukrayna taxılının dünya bazarına çıxarılmaması qorxusu və Rusiyanın taxıl ixracına rüsum tətbiq etməsi idi. 2022-ci il iyul ayından etibarən açılan "taxıl koridoru"ndan sonra isə qiymətlər hər ay bir neçə faiz enməyə başladı."

Ekspertin sözlərinə görə, hazırda Azərbaycan buğda tələbatının 57-58 faizini öz istehsalı hesabına qarşılayır.

"Ancaq məsələ ondan ibarətdir ki, yerli istehsal ümumi ərzaqlıq buğdanın 25 faizini ödəyir. Çünki yerli buğdanın çoxu müəyyən səbəblərdən ərzaqlıq üçün yaramır. Həm də buğda yetişən torpaqlarımız çox deyil. Qalan hissə xaricdən idxal vasitəsilə təmin edilir. Hökumətin qarşısına qoyduğu məqsəd ərzaqlıq buğdanın təminat səviyyəsini 70-75 faizə qədər qaldırmaqdır.Taxıl qimətlərində 30 faiz ucuzlaşma müşahidə olunubsa, çörəyin dəyərinin də eyni miqdarda aşağı düşəcəyini gözləmək doğru deyil", - deyə X.Kərimli bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR