Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Türkiyədəki inflyasiyanın bizə mənfi təsirləri olacaq? - Nazirdən açıqlama

Türkiyədəki inflyasiyanın bizə mənfi təsirləri olacaq? - Nazirdən açıqlama

Tarix: 27-06-2023, 11:59

Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə xüsusi mənfi təsiri gözlənilmir.

Bu barədə Trend-ə maliyyə naziri Samir Şərifov deyib.

"Maliyyə sistemimiz yetərincə tarazlı vəziyyətdədir, bank sistemimiz etibarlıdır. Ölkənin kifayət qədər böyük ehtiyatları var və borc səviyyəsi çox aşağıdır. Bu səbəbdən hər hansı xüsusi mənfi təsir gözləmirik", - o bildirib.

Bundan başqa, Azərbaycanın dövlət büdcəsində neft qiymətlərinin yenidən gözdən keçirilməsi ehtimalı ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsində neftin bir bareli üçün qoyulmuş orta ixrac qiyməti tamamilə məqbul səviyyədədir.

Nazir xatırladıb ki, yerdə qalan müddət üçün dövlət büdcəsində neft qiymətləri 50 dollardan 60 dollara qaldırılıb.

"Büdcədə neftin orta qiymətini bundan sonra da qaldıracağımızı düşünmürəm, belə ki, qoyulan qiymət yetərincə yüksəkdir. Zənnimizcə, bu tamamilə məqbul səviyyədir", - deyə Samir Şərifov vurğulayıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33,89 milyard manat, xərcləri 36,62 milyard manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33,12 milyard manat, yerli gəlirləri 764,7 milyon manat, mərkəzləşdirilmiş xərcləri 35,85 milyard manat, yerli xərcləri 777 milyon manat) təşkil edir.

Xatırladaq ki, may ayında Türkiyədə inflyasiya 39,59 faiz olub. İnflyasiyanın qarşısını almaq üçün ölkənin Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 8,5 faizdən 15 faizədək qaldırmaq barədə qərar qəbul edib. Bu qərar elan olunduqdan sonra türk lirəsi tarixdə ilk dəfə olaraq bir ABŞ dollarına görə 24 lirə həddini keçərək zəifləməyə davam etdi. Türkiyənin Mərkəzi Bankı inflyasiya üzrə proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırana qədər bu siyasəti aparmaq niyyətindədir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR