Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Azərbaycan Ordusu gecə “Qəzəb” əməliyyatı keçirib - Qisas alındı

Azərbaycan Ordusu gecə “Qəzəb” əməliyyatı keçirib - Qisas alındı

Tarix: 28-06-2023, 14:58

 
Məlum olduğu kimi, ötən gün axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qanunsuz erməni silahlı birləşmələrinin bu təxribatı cavabsız qalmayıb.

Belə ki, Ordumuz elə gecə ilə hərbçimizin yaralanmasına cavab olaraq, “Qəzəb” əməliyyatı həyata keçirib. Bu əməliyyat çərçivəsində qanunsuz birləşmələrin infrastrukturna ciddi zərbələr endirilib. Bundan başqa, ilkin məlumata görə, 5 terrorçu məhv edilib.

Məhv edilən terrorçuların sayı ilə bağlı məlumatı Ermənistan mətbuatı da yayıb.

Aydın məsələdir ki, Azərbaycanın sülh prosesi təkliflərinə uzun müddət laqeyd yanaşan və bir sıra əsassız iddiaları ilə hal-hazırda prosesə maneçilik törədən Ermənistan tərəfi, bu təxtibatlara əl atmaqla Vaşinqton görüşü ərəfəsində danışıqları pozmaq məqsədi güdür. Bu təxtibatın rusiyalı sülhməramlıların təşfiqi ilə baş verdiyi də istisna deyil. Hər halda sözügedən qanunsuz birləşmələrinin sülhməramlıların tam nəzarəti altında olması bunu deməyə əsas verir.

Və onu da qeyd etməkdə fayda var ki, bu, son vaxtlarda ilk belə təxribat deyil. Tez-tez mövqelərimizi atəşə tutan və layiqli cavabını anında alan ermənilər hələ ötən ay sərhədimizə diversiya qrupu göndərmişdi. Amma Dövlət Sərhəd Xidmətinin sayıqlığı nəticəsində erməni diversantlardan ibarət dəstənin diversiya cəhdinin qarşısı alınmış, iki diversant saxlanılmışdı.

Ancaq reallıq budur ki, qarşı tərəf nə məğlubiyyətə, nə də aldığı sarsıdıcı zərbələrə doyur. 

Belə ki, Ermənistan tərəfi yeni təxribatlara can atır. Bununla bağlı Azərbaycan tərəfi də tam məlumatlıdır. Fərruxda, Sarıbabada olduğu kimi, bu yeni təxribatların da qarşısı layiqincə alınacaq, düşmənə sərt və  qətiyyətli cavab veriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR