Son Xəbər: Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq,

Qarabağda Ordumuza qarşı yeni təxribatlar hazırlanır

Qarabağda Ordumuza qarşı yeni təxribatlar hazırlanır

Tarix: 28-06-2023, 15:24

Qarabağda separatçıların fəallaşması Vaşinqtonda gedən sülh müqaviləsi üzrə danışıqlar prosesi ilə birbaşa bağlıdır.

Mediabiz.az "Caliber"ə istinadən xəbər verir ki, Qarabağ bölgəsində Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti məsuliyyət zonasında separatçılar tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı yeni təxribatlar hazırlanır. Bu təxribatlar baş verəcəyi təqdirdə sərt cavabla qarşılıq veriləcək.

Qarabağda terror fəaliyyətinin fəallaşmasının Vaşinqtonda keçiriləcək növbəti danışıqlar raundu ilə birbaşa bağlı olduğuna dair şübhə yoxdur. Moskva qəti şəkildə Bakı ilə İrəvan arasında sülhün imzalanmasına, xüsusilə də bunun Amerikanın dəstəyi ilə reallaşmasına imkan vermək istəmir. Hesab edirik ki, məhz qanunsuz rejimin terrorçularının mövqelərinə sursat və yanacaqların vaxtında çatdırılmasını təmin edən Rusiya tərəfi onları özləri üçün intihara bərabər olacaq addımlara sövq edir.

Maraqlıdır ki, separatçı rejimin ambisiyalarının siyasi cəhətdən alovlandırılmasında Moskvaya Natali Luazo kimi satılmış avropalı siyasətçilər kömək edirlər. Onlar Laçın yolunun girəcəyinə səfərlər edir və separatçılara dəstəklərini ifadə edirlər. Qərb bəzi siyasətçilərinin kimin gündəmi üzərində işlədiklərini nəzərdən keçirməlidir.

Bu arada separatçıların “parlamenti” Azərbaycan xarici işlər naziri ilə danışıqlar aparmaq üçün Vaşinqtonda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana müraciət edib və danışıqların dərhal dayandırılmasını tələb edib. Onlar danışıqların davam etməsini “Azərbaycanın aqressiyası”nın dəstəklənməsi kimi qiymətləndirirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR