Son Xəbər: Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq,

Sabiq MTN-çi dövlətdən nə istəyir? - “Toyota Camry”, “Lexus GX 460”...

Sabiq MTN-çi dövlətdən nə istəyir? - “Toyota Camry”, “Lexus GX 460”...

Tarix: 29-06-2023, 14:14

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, polkovnik Füzuli Əliyev müsadirə olunan bahalı avtomobillərinin qaytarılmasını istəyir.

Mediaibiz.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Füzuli Zülfüqar oğlu Əliyev nümayəndəsi vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu da cəlb olunmaqla, cavabdehlər - Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və müvafiq qurumlarla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 460” markalı 10-AZ-603 dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı 90-AA-576 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsini istəyib. Sabiq MTN-in sabiq işçisi hər iki avtomobilin dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin icra sənədinin icra edilməməsini tələb edib.

Füzuli Əliyev iddiasını onunla əsaslandırıb ki, sözügedən avtomobillər “ŞAH” MMC-nin adına sənədləşdirilib. Həmin maşınlar MMC-də 2006-cı ildən uğurlu kommersiya fəaliyyəti nəticəsində əldə olunan gəlirlər hesabına alınıb.

Dövlət nümayəndəsi isə onun iddiasını rədd edib. Bildirilib ki, MMC 2006-07-ci illərdə onun tərəfindən təsis edilməsinə baxmayaraq, həmin şirkətin fəaliyyəti olmayıb. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmayıb. “Toyota Camry” markalı avtomobil onun tərəfindən 2013-cü ildə, “Lexus GX 460” isə 2014-cü ildə əldə edilib. Dövlət qeydiyyat nişanını almaq üçün həmin maşınlar MMC-nin adına sənədləşdirilib.

Məhkəmə iddiaçının əmlakının həbsdən azad edilməsi tələbinə dair iddiasını təmin etməyib.

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı tamamlanmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Füzuli Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR