Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Qaxda turist dağdan yıxılıb xəsarət aldı - YENİLƏNİB

Qaxda turist dağdan yıxılıb xəsarət aldı - YENİLƏNİB

Tarix: 1-07-2023, 17:46

Qaxa gələn turist rayonun İlisu kəndində Hamamdərə deyilən ərazidə yıxılaraq xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, hazırda polis, prokurorluq, FHN əməkdaşları və TTY-nın həkim briqadası hadisə yerindədir.

Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür.

***16:35

Qaxda turist dağdan yıxılaraq ağır xəsarət alıb.

Hadisə rayonun İlisu kəndi ərazisində baş verib.

İlisu kəndindən 7 km məsafədə yerləşən dağlıq ərazidəki "İlisu Dağ Hamamı" adlanan əraziyə gedən turist dağdan yıxılıb.

Əraziyə Qax Yanğından Mühafizə Hissəsinin texnikası və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Hazırda həmin ərazidə xilasetmə işləri aparılır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR