Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

İran məhkəməsi Ukrayna təyyarəsinin vurulması ilə bağlı yekun qərarını verib

İran məhkəməsi Ukrayna təyyarəsinin vurulması ilə bağlı yekun qərarını verib

Tarix: 3-07-2023, 16:48

İran məhkəməsi Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan 10 nəfərlə bağlı yekun qərarını verib.

Bu barədə İİR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bugünkü mətbuat konfransında danışıb.

“Qəzanın İran ərazisində baş verdiyini nəzərə alaraq, məhkəmə işi tam araşdırıb və bu qəzaya görə məsuliyyət daşıyan 10 məmurla bağlı yekun qərar qəbul edib”, - deyə diplomat bildirib.

Qeyd edək ki, aprel ayında İran məhkəməsi 10 hərbçi barəsində hökm çıxarmışdı. “Tor M-1” zenit-raket kompleksinin ekipaj komandiri 13 il müddətinə azadlıqdan məhrum edilib, “Tor M-1” ekipajının hərbçiləri və Tehrandakı Regional Əməliyyatlara Nəzarət Mərkəzinin nümayəndələri də daxil olmaqla, iş üzrə doqquz digər təqsirləndirilən şəxs 1,5-3 il müddətinə həbsə məhkum olub. Məhkəmə qərarına əsasən, onlar həlak olanların ailələrinə hər ölən şəxsə görə 150 min dollar məbləğində təzminat ödəməlidirlər.

Xatırladaq ki, Kiyevə yollanan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing” 8 yanvar 2020-ci ildə Tehran hava limanından qalxdıqdan qısa müddət sonra partlayıb. Ölən 176 nəfər arasında Əfqanıstan, İngiltərə, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları olub. Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan “Boeing”i səhvən vurduqlarını və təyyarəni “düşmən hədəfi”ylə səhv saldıqlarını açıqlayıblar.

Mənbə: Tasnim




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR