Son Xəbər: Goranboydakı cinayətin TƏFƏRRÜATI, Qızılağac Milli Parkının ərazisində yanğın olub, Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib, Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb, KİV: İsrail bir müddətdir Qahirədə HAMAS liderlərini öldürməyə cəhd göstərir, Xüsusi nümayəndələr Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib, Yeni tədris ilində Bakıda 505 mindən çox şagird təhsil alacaq, Rusiya Azərbaycan və Ermənistandan "3+3" formatında görüş üçün əməli addımlar gözləyir, Kreml: Rusiya və Ukrayna arasında danışıqlarda fasilə yaranıb, Şənbə günü yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ,

Prezident bu tədbirin iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB

Prezident bu tədbirin iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB

Tarix: 4-07-2023, 18:52

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Konstitusiya Məhkəməsinin hörmətli hakimləri və əməkdaşları!

Sizi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfransın açılışı ilə əlaqədar səmimi-qəlbdən salamlayıram.

Konstitusiya Məhkəməsinin hazırkı yubileyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu dövrə təsadüf edir və bu, dərin simvolik məna kəsb edir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri, bu təsisatın dövlət hakimiyyəti orqanları sistemində mühüm yeri və rolu müəyyən olunmuşdur.

Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası Konstitusiyasının əliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.

Əminəm ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməyəcəkdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını 25 illik yubiley münasibətilə təbrik edir, konfransın işinə müvəffəqiyyətlər arzu edirəm!"

10:44

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR