Son Xəbər: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib,

Günün qoroskopu: Səhhətinizdə problem ehtimalı azdır.

Günün qoroskopu: Səhhətinizdə problem ehtimalı azdır.

Tarix: 17-07-2023, 08:14

Qoç - güc və enerjiniz az deyil. Planlarınızdan imtina etməyin. Niyyətləriniz bəzilərinə absurd təsir bağışlasa da, geri çəkilməyin. Ehtiyac yaranarsa, səbrlə gözləməyi bacarın. Sakit, soyuqqanlı, təmkinli olun. Gərəksiz hisslərə qapılaraq özünüzlə yanaşı, ətrafınızdakı insanları da nigaranlığa düçar etməyin.

Günün ikinci yarısında işgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərə də nəzər salmaq olar. Situasiyanın zəif və üstün cəhətlərini dəyərləndirərək bəzi prosedurları dəyişə bilərsiniz. Sevdiyiniz insanlarla münasibətlərdə təşəbbüskar olun.

Səmimiyyət və qarşılıqlı sayğı çox önəmlidir.

Buğa - sakit, soyuqqanlı olsanız, gün yaxşı keçəcək. Tələskənlik və vurnuxmaya yol verməyin. Mühüm işləri təxirə salmayın. Hisslərdə səbatlı olun, yaxın ətrafınızdakı insanlarla rəvan davranın.

Tərəfdaşlığa başlamaq olar. Bir zamanlar xətrinizə dəyən və ya problemlər yaradan insandan qəfil xəbər alacaqsınız. O, günahının bağışlanmasını istəyir. Şəxsi münasibətlərdə köklü şəkildə nəyisə dəyişmək istəyirsinizsə, tələsməyin. Qəti addımlar və ya qərarlar üçün əlverişli zaman deyil.

Səhhətinizdə kiçik problemlər yarana bilər.

Əkizlər - işgüzar aktivlik səviyyəsi aşağı olacaq. Amma tənbəllik və süstlüyün öhdəsindən gəlin. Astagəl olmayın. Yaranan imkanlardan yararlanın. Situasiyanı dəyərləndirərək maraqlarınızın təminatına çalışın.

Alış-verişdə bədxərclik etməyin.

Yaxınlarınızla münasibətlərdə rəvan olun, qarşılıqlı iradlara və tənqidə aludə olmayın. Köhnə səhvlər və incikliklər gündəmə gətiriləcək. Yeni ideyalarınızı dəstəkləməyəcəklər. Axşam saatları fiziki iş və ya sükan arxasında çox vaxt keçirmək üçün əsla uyğun deyil.

Xərçəng - maraqlı iş tapıla bilər. Həmin işə diqqətli yanaşın. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Rəqibləri üstələmək üçün aktiv davranın. Nə isə öyrənə biləcəyiniz insanlarla təmasları intensivləşdirin. İşgüzar maraqlarınızı bölüşən insandan faydalı məlumat ala bilərsiniz.

Həddən ziyadə emosional olmayın. Hisslərinizi bölüşəcək insanları müəyyənəşdirin. Əks təqdirdə naqolay vəziyyətə düşə bilərsiniz. Yaşda sizdən xeyli böyük olan insanla təmaslarda diqqətli və sayıq olun.

Axşam saatlarında yeni işə başlamayın.

Şir - ağır və həlli çətin təsir bağışlayan problemin çözümü üçün münasib zamandır. Təsir altına düşməyin, avantüralara uymayın. Sizi aldatmağa çalışırlar. Nə istədiyinizi dəqiq müəyyənləşdirin, məqsədə doğru ən qısa yolla hərəkət edin. Maliyyə və ya əmlak məsələlərinin çözümündə tələsik qərarlar verməyin.

Yaxşı gəlir əldə edə bilərsiniz. Sənədləşdirmə məsələləri üçün əlverişli zamandır.

Günün ikinci yarısında problemlər yaranacaq. Yaxınlarınızla ünsiyyətdə güzəştlərə getməyi bacarın. Xırda, önəmsiz məsələlərdə inadkarlıq etməyin.

Əsəb gərginliyi axşam saatlarında başağrıları yarada bilər.

Qız - praktik səciyyəli işləri yerinə yetirmək üçün əlverişli zamandır. Proseslərdə qayda yaratmağa çalışın. Situasiya nəzarədən çıxarsa, onu məcraya qaytarmaq üçün aqressiv, spontan addımlar atmayın. Səfər və ya səyahət sizi usandıra bilər. Müsbət emosiyalar azdır.

Günün ikinci yarısında illüziyalara qapılaraq düşünülməmiş addımlar atmayın. Hisslərin əsirinə çevrilməyin. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis deyil. Fiziki iş məsləhətdir.

Tərəzi - işlərin gedişatı pis deyil. Ruhdan düşməyin, əhvalınızı pozmayın. Məqsədlərdən birinə çata bilmirsinizsə, günahı başqalarında, situasiyada aramayın. Düşündüyünüzü əldə edə bilərsiniz. Maliyyə məsələlərini həll etmək üçün münasib gün deyil. Bütün amilləri nəzərə almaq, optimal strategiyanı müəyyənləşdirmək asan deyil.

Günün ikinci yarısı romantik görüşlər üçün əlverişlidir. Sevdiyiniz insanla mümkün qədər çox vaxt keçirməyə çalışın. Dostlarla təmaslar sizə xoş anlar bəxş edəcək. Yaşam potensialının səviyyəsi yüksəkdir.

Axşam saatlarında gəzintiyə çıxın.

Əqrəb - təşəbbüskar olun, illüzor təsir bağışlayan hədəfə doğru ilk adımı atmaqdan çəkinməyin. Bir müddət sonra etibarlı müttəfiq və ya yardımçıya çevriləcək insanla tanış ola bilərsiniz. Yeni biznes-layihənin perspektivlərini, təfərrüatlarını müzakirə edin.

Ailədə kiçik anlaşılmazlıqlar yarana bilər. Adi günlərdən fərqli olaraq yaxınlarınızla kəskin mübahisələr etməyin. Təmaslardakı harmoniya az sonra bərpa olunmalıdır. Münaqişəyə səbəbkar olmayın, qarşıdurmaya yol verməyin. İnteryer predmetləri və mebel almaq üçün əlverişli zamandır.

Oxatan - yetərincə uğurlu gündür. Yeni məqsədlər və hədəfləri müəyyənləşdirə bilərsiniz. İndiyədək öhdəsindən gəlməyəcəyinizi düşündüyünüz işləri başa vura bilərsiniz. Son vaxtlar sürəkli mübahisə və ixtilafda olduğunuz insanla barışın. Əməkdaşlıq, tərəfdaşlıqla bağlı razılığa gələ bilərsiniz.

Sevdiyiniz insanla səmimi olun. Hiyləgərliyə və ya hissləri gizlətməyə ehtiyac yoxdur. Yaradıcılıq fəaliyyətində uğurlar istisna deyil. Yeni hobbi ola bilər. Əhəmiyyətli məbləğdə gəlir əldə edəcəksiniz.

Axşam saatlarında aktiv istirahəti seçin.

Oğlaq - yeni mənqədə doğru əzmlə addımlamaq istəyənlər üçün münasib zamandır. Tələsik qərarlar qəbul etməyin, vurnuxmayın. Ehtiyatlı davranın, avantürizmə qapılmayın. Yeni yollar arayanda, risk edəndə, situasiyanın tələbi ilə hiyləgərliyə əl atanda sayıq davranın.

Sərfəli anlaşmalar istisna deyil. Əmlak məsələlərini uğurla həll edə bilərsiniz. Yaxşı gəlir əldə etməyinizə imkan verəcək məlumat alacaqsınız.

Axşam saatları gəzinti və aktiv istirahət üçün yaxşı zamandır. 

Dolça - qəfil səfər zərurəti yarana bilər. Günlə bağlı planlarda sürəkli və ən başlıcası, sürətli dəyişikliklər etmək gərəkdir. Yaxın ətrafınızdakı insanların çoxsaylı məsləhətləri sizi çaşdıra bilər. Məqsədə doğru optimal yolu arayın, dürüst qərarlar qəbul edin. Gözlənilməz hədiyyə və çox maraqlı təkliflərin alınması istisna deyil.

Axşam saatları qohumlarla təmaslar, ailə ilə bağlı məsələlərin müzakirəsi üçün əlverişlidir. Enerjili olun. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Özünüzü yaxşı hiss edəcəksiniz.

Balıqlar - çox uğurlu gündür. Çoxdan bəri həyata keçirmək istədiyiniz layihəni reallaşdıra biləcəksiniz. Yeni tanışlıqlar, rəğbət bəslədiyiniz insanlarla görüşlər istisna deyil. İntuisiyanız kəskindir. Peşəkar fəaliyyət müstvaisi ilə yanaşı, şəxsi münasibətlərdə diqqətli davranın.

Səhhətinizdə problem ehtimalı azdır. İşlər çox olsa belə, ifrat yorğunluq hiss etməyəcəksiniz. Sağlamlıq prosedurları üçün əlverişli zamandır.

İmiclə eksperimentlər aparmaq olar.

Alış-verişdə qeyri-adi, ekstravaqant nəsnələr almaqdan çəkinməyin.

Milli.Az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR