Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Qisasa görə qəssabı öldürən şəxsə AĞIR CƏZA

Qisasa görə qəssabı öldürən şəxsə AĞIR CƏZA

Tarix: 18-07-2023, 13:14

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Cavad Kazımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Şirvan Apellyasiya Məhkəməsi Cavad Kazımovun şikayətini təmin etməyib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 8-də saat 3 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndindəki küçələrdən birində baş verib.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Cavad Eynulla oğlu Kazımov həmkəndlisi, 1982-ci il təvəllüdlü Mehtun Ramiz oğlu Qarayevə zəng edərək onu yaşadığı evin yaxınlığına çağırıb.

Daha sonra qısqanclıq zəminində onun baş və oma nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib.

Mərhum M.Qarayev qəssab kimi fəaliyyət göstərib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Məlumata görə, hadisəni törədən Cavad Kazımovun bacısı 2014-cü ildə intihar edib. O, intihardan öncə yazdığı məktubda həmkəndlisi Mehtun Qarayevə görə bu addımı atmağa məcbur olduğunu yazıb. Həmin məktub qızın üzərində tapılıb. Bundan sonra iki ailə arasında düşmənçilik yaranıb. Hadisədən 8 il sonra Cavad Kazımov bacısının qisasını almaq qərarına gəlib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR