Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Razılıq alınmayıb, pozuntulara yol verilib - Söyüdlü ilə bağlı yeni məlumat

Razılıq alınmayıb, pozuntulara yol verilib - Söyüdlü ilə bağlı yeni məlumat

Tarix: 18-07-2023, 22:20

Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırığı və Baş nazirin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiya tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələri əsasında  mövcud vəziyyət təhlil edilib, sağlamlıq, təhlükəsizlik, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı kompleks təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Bu barədə  ETSN-dən bildirilib.

Məlumata görə, nəticələr göstərib ki, ərazidə fəaliyyət göstərən müəssisə tərəfindən təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verilib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığı alınmayıb.

Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması haqqında qərar verilib. 

Hazırlanan təkliflər planına  beynəlxalq şirkətlərin iştirakı ilə ərazidə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanılması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam olaraq yerinə yetirilməsi məsələləri daxil edilib.

Həmçinin istehsalatda müasir texnologiyaların tətbiqi şərtilə, şirkətin sonrakı fəaliyyətini davam etdirməsi də təkliflər planına əlavə olunub.

Yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyətlər sırasındadır.

Bu gün Gədəbəy rayonunda Komissiyanın növbəti iclası keçirilib, istismarçı şirkətin nümayəndələri ilə görüş olub, sağlamlaşdırma proqramında əks olunan təkliflər paketi ətrafında müzakirələr aparılıb. Daha sonra kənd sakinləri ilə görüş təşkil edilib, onlara Komissiyanın gördüyü işlər barədə məlumatlar verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR