Son Xəbər: Ukrayna ordusuna aid dronun Donetskdə avtobusa düşməsi nəticəsində yeddi nəfər ölüb, Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb,

Prezident avtomobil yolunun tikintisi ilə tanış olub - YENİLƏNİB

Prezident avtomobil yolunun tikintisi ilə tanış olub - YENİLƏNİB

Tarix: 20-07-2023, 17:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Füzuli rayonunda olub.

Dövlətimizin başçısı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yolun Tuğ dairəsinədək olan 48 kilometrlik hissəsi altı, 33,7 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarət olacaq.

Yolun baxış keçirilən 27 kilometrlik hissəsində əsas infrastruktur işləri tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 984, viadukların uzunluğu isə 2090 metrdir.

Məlumat verildi ki, layihə üzrə tikintisi nəzərdə tutulmuş doqquz viadukun səkkizində hazırda inşaat işləri davam etdirilir. Viadukların üçünün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir. Bundan başqa, Zəfər yolunun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur.

***15:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Füzuli rayonunda olub.

Dövlətimizin başçısı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub.

Prezident avtomobil yolunun tikintisi ilə tanış olub - YENİLƏNİB




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR