Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Xan Şuşinskinin qızı istefa verdi

Xan Şuşinskinin qızı istefa verdi

Tarix: 22-07-2023, 12:06

Ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuradan istefa verib.

O bu barədə mətbuata açıqlamasında bildirib:

“Tanınmış nəslin nümayəndəsi, ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin övladı olaraq hər zaman mədəniyyətə, mədəni dəyərlərimizə yaxın insan kimi 2011-ci ildə atamın adına Xan Şuşinski Fondunu təsis etmişəm. Ötən dövr ərzində Xan Şuşinski Fondu olaraq mədəniyyət və incəsənətimizin təbliğinə töhfə vermişik və bu missiyamızı bu gün də davam etdiririk.

2021-ci ildə qeyri-hökumət təşkilatları tərəfindənmənə etimad göstərilib və Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçilmişəm. Bu müddətdə İctimai Şura olaraq mədəniyyətimizin inkişafı ilə bağlı faydalı işlər görmüş, nazirliyə əhəmiyyətli təkliflər vermişik.

Nazirlik yanında bu il yenidən formalaşdırılan İctimai Şura üçün Xan Şuşinski Fondunun rəhbəri kimi yenə də mənə qeyri-hökumət təşkilatları tərəfindən  etimad göstərildi və mən Şuraya üzv seçildim. Mənə və rəhbərlik etdiyim fondun fəaliyyətinə göstərilən diqqətə görə hər kəsə təşəkkürümü bildirirəm.

Bu gün öz istəyimlə İctimai Şuradan istefa vermək qərarına gəlmişəm. Biz Xan Şuşinski Fondunun prinsiplərinə sadiq qalaraq, bundan sonra da mədəniyyətimizin təbliğinə töhfə verməyə çalışacağıq.”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR