Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Şəhid pilotumuzun anım günüdür

Şəhid pilotumuzun anım günüdür

Tarix: 24-07-2023, 08:14

Bu gün şəhid pilot, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Rəşad Atakişiyevin anim günüdür.

Mediabiz.az axar.az-a istinadən bildirir ki, 2019-cu il iyul ayının 24-də Xəzər dənizi üzərində gecə vaxtı döyüş şəraitinə maksimum yaxınlaşdırılmış təlimlər zamanı Rəşad Atakişiyevin idarə etdiyi MİQ-29 təyyarəsi ilə radio və radar əlaqələri kəsilmiş, təyyarə müammalı şəkildə Siyəzən rayonunun Zarat kəndi yaxınlığında dənizə düşmüşdü. 20 gündən çox aparılan intensiv axtarışlar nəticəsində onun nəşi və təyyarənin qalıqları dənizin dibindən çıxarıla bilmişdir. İgid pilotun dəfn mərasimi təntənəli şəkildə Azərbaycan hakimiyyəti tərəfindən təşkil olunmuş və o 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Allah rəhmət eləsin.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR