Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Baş redaktor və polkovnik həbs OLUNDU - YENİLƏNİB

Baş redaktor və polkovnik həbs OLUNDU - YENİLƏNİB

Tarix: 24-07-2023, 22:07

Baş Prokurorluq tərəfindən internet informasiya ehtiyatlarında qanunvericiliklə yayılması qadağan edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması və infromasiya təhükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə  Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, “Hürriyyət” qəzetinin baş redaktoru Məmmədov Vüqar Tofiq oğlu və Məmmədov Elnur Teymur oğlu tərəfindən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aşkar edilmiş hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmə qərarı ilə Vüqar Məmmədov və Elnur Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Elnur Məmmədov ehtiyatda olan polkovnikdir. O, ötən ilin oktyabrında 6 aylıq həbs olunmuşdu.

xxx

21:01

Tanınmış jurnalist Vüqar Məmmədov saxlanılıb.

Bu barədə Vüqar Məmmədovun dayısı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Reaksiya TV"yə açıqlamasında deyib.

O bildirib ki, bu gün "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov günorta saatlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna dəvət edilib. Onun məhkəməyə çıxarılacağı bildirilsə də, hələ də yaxınları və ailə üzvləri xəbər ala bilmirlər.

 "Unikal"a




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR