Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

5-ci sinif şagirdi bədbəxt hadisə ilə üzləşib - FOTO

5-ci sinif şagirdi bədbəxt hadisə ilə üzləşib - FOTO

Tarix: 25-07-2023, 11:26

2011-ci il təvəllüdlü Zülfiyyə Nicat qızı Rüstəmli ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a anası Şamama Rüstəmova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Biz Ağdamda yaşayırıq. Hadisə 15 may tarixində baş verib. Belə ki, qızım Zülfiyyə süfrədəki içi qaynar su dolu çaydanın yanından keçərkən toxunaraq üzərinə dağıdıb. Biz bir neçə müddət Ağdamda müalicə alsaq da, xeyri olmadı və Bakıya göndərildik. Hazırda Bakıda xəstəxanalardan birində müalicə alırıq. 15 gün reanimasiyada qalıb qızım. Bir dəfə əməliyyat olunub. İmkanımız olmadığı üçün borc alıb əməliyyat və müalicələri aparmağa çalışmışıq. Borca görə döymədiyim qapı qalmayıb. Artıq elə vəziyyətə çatmışıq ki, bir dərman belə almağa pulumuz yoxdur. Həkim yazdığı dərmanları ala bilmədiyimizə görə qızımın vəziyyəti günü-gündən pisləşir. Yoldaşım fəhlə işləyir. Mən də alağa gedərək ona dəstək oluram. İmkanı olan şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Qızımın müalicəsi üçün bizə 2000 manat lazımdır”.

Əlaqə nömrəsi: (050) 899-29-97 (Şamama Rüstəmova)







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR