Son Xəbər: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib,

Azərbaycan-Ermənistan: Türkiyənin dayandığı və gedəcəyi nöqtə - TƏHLİL

Azərbaycan-Ermənistan: Türkiyənin dayandığı və gedəcəyi nöqtə - TƏHLİL

Tarix: 26-07-2023, 13:25

Türkiyənin Azərbaycan-Ermənistan sülh danışıqlarındakı mövqeyi, yekun barışın əldə edilməsi üçün proqramı onun genişlənən xarici siyasəti prizmasında qərarlaşır.

Belə ki, Ankara:

- Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Bakı-İrəvan gündəliyindəki nəticələrə uyğun şəkildə formatlayır;

- Rusiya ilə müştərək maraqlara sahib olsa da, Moskvanın təsirlərinin azaldılması baxımından önəmli mövqeyə yiyələnir;

- Həm özünün strateji maraqları, həm də NATO-nun genişlənmə planının praktiki icraçısı qismində Cənubi Qafqazda təhlükəsizlik zəmanətçisinə çevrilir.

Türkiyənin Cənubi Qafqaz siyasətinin ideoloji əsasında Azərbaycanla ortaq mədəni, etnik irsə söykənən formullar dayanır, bu, Ankaranın təsir dairəsini qorumaq istiqamətində stimuldur.

Türkiyənin ordu gücü, regional müstəviləri aşaraq qlobal oyunçuya çevrilmək yolundakı inamlı addımları Cənubi Qafqazın sülh və təhlükəsizlik arxitekturasında onun rolunu artırır.

Bu amilin Azərbaycanla strateji müttəfiqlik fonunda qiyməti İranın da regional ambisiyalarına qarşı cəbhə kimi qeyd oluna bilər.

Zəngəzur dəhlizi layihəsinin reallaşacağı təqdirdə Azərbaycanla Türkiyəni birləşdirəcək quru yolu Bakı-Ankara xəttini gücləndirə, İranın isə strateji cəhətdən təsir imkanlarını zəiflədə bilər.

Çünki Bakı-Ankara gündəliyində ideoloji platformalar da mövcuddur ki, bu da siyasi şiəliyi dövlət siyasətinin başına çıxaran İranın təbliğat kampaniyasına qarşı tutarlı bazaya çevrilir.

İran buna görə də Bakı-Ankara müttəfiqliyi fonunda Azərbaycan-Ermənistan gündəliyini pozmağa cəhd göstərir, alternativ olaraq təhdid ritorikasını və hibrid müharibə təcrübəsini canlandırır. 

Rəqabətdə İran uduzur, çünki regionda açılım siyasəti başlayıb, bu isə Yaxın Şərqdə münaqişələri faydaya çevirən İranın Cənubi Qafqaz siyasətindəki ambisiyalarını zəiflədir.

Bu məsələdə Türkiyə siyasətinin də rolu böyükdür, hərçənd, nə Ankara, nə də Tehran bir-biri ilə əlaqələrin dinamikasını korlamaqda maraqlıdır.

Nəticə olaraq, diqqətəlayiq budur ki, Türkiyənin rolu regionda davamlı sülh üçün mühüm əhəmiyyət kəsb edəcək mövqeləri stimullaşdırır, ambisiyaları neytrallaşdırır.

Ancaq bir məqamı unutmaq olmaz ki, Azərbaycanla Ermənistan arasındakı ali səviyyəli danışıqlarda Türkiyənin vasitəçiliyi gözə çarpmır, bunun üçün Ankaranın səbəbləri var.

Birincisi budur ki, Türkiyə bəzi proseslərə öz kölgəsini salır, müəyyən mənada arxa planda dayanmağı daha məqsədəuyğun hesab edir.

İkincisi, Türkiyə, onsuz da, Azərbaycana hərbi-siyasi və kəşfiyyat sferasında mühüm dəstəklər verərək sülh prosesinə təsir edən alətlərini inkişaf etdirir.

Lakin bu son deyil, Türkiyə İsraillə istiləşən münasibətləri, Rusiya ilə strateji tərəfdaşlığı, NATO üzvü kimi regionda hərbi iştirakının nəticəsi olaraq maraqlarını Azərbaycan-Ermənistan danışıqlarına birbaşa daxil etməklə vasitəçi ola bilər.

Oxu.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR