Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Qırğızıstan dağlarında bir qrup rusiyalı alpinist yoxa çıxdı

Qırğızıstan dağlarında bir qrup rusiyalı alpinist yoxa çıxdı

Tarix: 28-07-2023, 19:37

Qırğızıstan dağlarında bir qrup rusiyalı alpinist yoxa çıxdı
Qırğızıstanda Pobeda zirvəsinə qalxan zaman üç Rusiya və bir Litva vətəndaşının da olduğu bir qrup alpinist yoxa çıxıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mətbuat xidmətinin nümayəndəsinin sözlərinə görə, iyulun 11-də alpinistlər “Aksai Travel” şirkəti ilə müqavilə bağlayıb və səyahət sığortası ilə İssık-Kul bölgəsindəki düşərgədə məskunlaşıblar. Həmin gün onlar Pobeda zirvəsinə çatıblar. Alpinistlər sonuncu dəfə iyulun 19-da 6900 metr hündürlükdən əlaqə saxlayıblar.

Onun sözlərinə görə, qrupun peyk telefonunun koordinatlarını müəyyən edən Aksai Travel iyulun 24-26-da icarəyə götürdüyü helikopterdə axtarış əməliyyatı aparsa da, itkin düşən alpinistləri tapa bilməyib.

Nazirlik onu da bildirib ki, iyulun 27-də Rusiya Fövqəladə Hallar Nazirliyindən əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı rəsmi müraciət daxil olub . Sonra Edelveys dəstəsinin 7 xilasedicisi və Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin respublika ayrı-ayrı xilasetmə dəstəsinin 16 xilasedicisi itkin düşən qrupun axtarışlarına qoşulub.

Nazirlikdən qeyd olunduğu kimi, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən axtarış işləri aparılır. Eyni zamanda, zirvəyə qalxarkən uçqun təhlükəsini və digər təhlükəli şərtləri nəzərə alırlar.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR