Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Mikayıl Cabbarov: “Azərbaycan Qazaxıstana gəmi tədarükündə maraqlıdır”

Mikayıl Cabbarov: “Azərbaycan Qazaxıstana gəmi tədarükündə maraqlıdır”

Tarix: 29-07-2023, 12:38

Azərbaycan Qazaxıstan istehsalı olan dəmir yolu lokomotivlərinin Azərbaycana tədarükü və Azərbaycan gəmilərinin Qazaxıstana tədarükü layihələrinin qısa zamanda həyata keçirilməsində maraqlıdır.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə görüşündə deyib.

Söhbət zamanı nazir Orta Dəhlizin rəqəmsallaşdırılmasının və nəqliyyat-logistika sahəsində “vahid pəncərə” sisteminin yaradılmasının vacibliyini vurğulayıb.

M.Cabbarov hazırkı geoiqtisadi vəziyyətdə ölkəsinin Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının sürətləndirilməsində maraqlı olduğunu təsdiqləyib.

Qazaxıstanın Azərbaycandakı səfiri də öz növbəsində Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini bildirib.

A. Bayel qeyd edib ki, dövlət başçılarının 2022 və 2023-cü illərdəki qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlıqda yeni mərhələyə qədəm qoyulduğunu göstərir. Diplomat Qazaxıstanın Baş naziri Əlixan Smailovun iyun ayında Azərbaycana rəsmi səfərinin məhsuldar olduğunu, bunun nəticəsində 11 birgə sənədin imzalandığını vurğulayıb.

Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları administrasiyaları tərəfindən birgə müəssisənin yaradılmasına, Xəzər dənizinin dibi ilə fiber-optik xəttin çəkilməsi üzrə birgə müəssisənin yaradılmasına dair, eləcə də Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin həcminin artması ilə bağlı sənədlərə xüsusi əhəmiyyət verilir.

Qeyd edək ki, Qazaxıstan Azərbaycana dəyəri 300 milyon ABŞ dollarından çox olan 100 adda əmtəə ixracını artırmağa və ikitərəfli ticarət dövriyyəsinin həcmini 1 milyard ABŞ dollarına çatdırmağa hazırdır. 2023-cü ilin yanvar-may aylarında Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 50 % - 162,5 milyon ABŞ dollarından 243,6 milyon ABŞ dollarına qədər artıb. 2023-cü ilin əvvəlindən Orta Dəhliz üzrə ticarət dövriyyəsi 64 % artaraq 1 milyon tonu ötüb.

Keçən ay iki ölkə qarşılıqlı aviareyslərin sayının həftədə 32-dən 42-yə yüksəldiyini də açıqlayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR