Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Əgər Zelenski öldürülsə... – Kiyevin planı

Əgər Zelenski öldürülsə... – Kiyevin planı

Tarix: 1-08-2023, 10:29

Ukrayna rəsmiləri bu barədə açıq danışmaqdan imtina etsələr də, Prezident Vladimir Zelenski müharibədə öləcəyi təqdirdə Kiyevin planı var.

Bu barədə “Politiko” nəşri yazıb.

“Prezidentin ruslar tərəfindən mümkün sui-qəsdə məruz qalması məsələsi nə Ukrayna, nə də Qərbin diqqətindən kənarda qala bilər. Vladimir Zelenski sadəcə olaraq dövlətin formal lideri deyil, o, Rusiyaya qarşı mübarizəyə beynəlxalq dəstəyin cəlb edilməsində əsas rol oynayır”, - nəşr bildirib.

Məqalə müəllifləri xatırladıblar ki, müharibənin əvvəlində ruslar prezidentə qarşı bir neçə sui-qəsd cəhdi ediblər, radikal əhval-ruhiyyədə olan rus deputatlar hələ də Zelenskinin öldürülməsini tələb edir:

“Ukraynalı məmurlar bu barədə danışmasalar da, Zelenskinin ölümü ilə bağlı fəaliyyət planı hələ də mövcuddur. Keçən il ABŞ-ın Dövlət katibi Entoni Blinken müsahibəsində “hökumətin davam etməsi ilə bağlı ukraynalıların planları var” deyərkən, əslində bunu təsdiqləmişdi. Konstitusiyaya görə, hakimiyyətin ötürülməsi xətti bəllidir: prezident öz vəzifələrini yerinə yetirə bilməyəndə onun səlahiyyətlərini Ukrayna Ali Radasının sədri üzərinə götürür. Ali Radanın hazırki sədri Ruslan Stefançuk əhali arasında elə də böyük reytinqə malik deyil, amma bu, çətin ki, problem olsun. Güclü liderlik komandası var və düşünürəm ki, biz kollektiv hökumət görəcəyik”.

Nəşr vurğulayıb ki, Zelenskinin yoxluğunda dövləti kollektiv şəkildə Ruslan Stefançuk, Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov idarə edəcək:

“Ölkə çox mühüm həmrəylik və milli birlik nöqtəsinə çatıb, ona görə də Zelenskinin başına dəhşətli bir şey gəlsə, bu, düşündüyünüz qədər həlledici olmaz. Ukraynada mükəmməl inzibati, hərbi və diplomatik maşın yaradılıb”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR