Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Nazirlik vətəndaşlara müraciət edib

Nazirlik vətəndaşlara müraciət edib

Tarix: 1-08-2023, 10:46

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, bu çərçivədə, xidmət tərəfindən yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, heyvandarlıqla məşğul olan vətəndaşlar tərəfindən tədarük edilən və tez alışma xassəsinə malik quru otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına və digər yanğın təhlükəli ərazilərə yığılması kimi hallara tez-tez rast gəlinir.

Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma və digər səbəblər ot tayasının asanlıqla yanmasına və qısa müddətdə genişlənərək böyük faciələrə gətirib çıxarır.

Qış yem bazasının formalaşması üçün hazırda ot tədarükünün davam etməsini nəzərə alaraq qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha heyvandarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, qaba yemlərin toplanması zamanı ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətləri ilə 15 metr, avtomobil yolları ilə 20 metr ara məsafəsi gözlənilməlidir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR