Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Bu müəllimlərin əmək haqqının ödəniş dərəcəsi bərpa edildi

Bu müəllimlərin əmək haqqının ödəniş dərəcəsi bərpa edildi

Tarix: 2-08-2023, 14:58

Məktəbəqədər təhsil müəssisələrinin ali təhsili qeyri-ixtisas olan tərbiyəçi-müəllimlərinin ödəniş dərəcələrinin azalması ilə əlaqədar müraciətlərinə baxılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  bildirilib ki, daxil olmuş müraciətlər araşdırılaraq həmin tərbiyəçilərin əmək haqqının ödəniş dərəcəsi bərpa edilib və onlar əvvəlki qaydada əmək haqqı almaqda davam edirlər.

Bununla yanaşı, növbəti mərhələdə müvafiq tərbiyəçi-müəllimlərin əməyinin ödəniş dərəcəsinin “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR