Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edilib

Tarix: 3-08-2023, 10:13

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Haşımov Zamik Bəylər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Belarus Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Zamik Haşımovun qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. 

Avqustun 3-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Zamik Haşımov Belarus Respublikasından ölkəmizə gətirilib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR