Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Kəmalə Ağazadə: “Uşaqların qohum-əqrəbası qalmaqal çıxardı”

Kəmalə Ağazadə: “Uşaqların qohum-əqrəbası qalmaqal çıxardı”

Tarix: 8-08-2023, 14:33

Bir neçə gün öncə sığınacağa yerləşdirilən qaraçı uşaqlarının qohumları qalmaqal yaradıblar.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, qaraçı kimi tanıdığımız roman qrupunun üzvləri böyük bir kriminal qrupdur:

“Əksəriyyəti uşaq dilənçiliyi ilə məşğuldur. Onların güclü informasiya mənbələri var. Bir az öncə müayinədən keçirtmək məqsədi ilə əməkdaşlar uşaqları xəstəxanaya aparıblar. Uşaqların qohum-əqrəbası xəstəxanada qalmaqal yaradıb. Əməkdaşlarımız dərhal Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə məlumat veriblər. Hazırda qalmaqal yaradanlar polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıblar.

Uşaqlar çox qorxublar. Uşaqların və əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Post Patrul Xidmətinin (PPX) və Çevik Polis Alayının (ÇPA) əməkdaşları onların yanındadırlar”.

Qeyd edək ki, bir neçə gün öncə səhər saatlarında metronun “20 Yanvar” stansiyasının keçidlərindən birində diləndirilən doqquz və on iki yaşlı uşaqlar sığınacağa gətirilmişdilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR