Son Xəbər: Azərbaycanda Dövlət Bayrağı Günüdür, Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq, Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi, Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI, Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR, İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR, Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR, ABŞ və “C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir, Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi, Ərdoğan Azərbaycana səfərə yola düşüb,

Ötən ay bu məhsullar bahalaşıb

Ötən ay bu məhsullar bahalaşıb

Tarix: 10-08-2023, 16:52

2023-cü ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,4 faiz təşkil edib.

2023-cü ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,7 faiz təşkil edib.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün, pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın, yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göy lobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın, bahalaşma isə əsasən qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,8 faiz təşkil edib.

2023-cü ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,6 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR