Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ukrayna ərazilərində rusiyalı hərbçilərin gizləndiyi yerlər açıqlandı

Ukrayna ərazilərində rusiyalı hərbçilərin gizləndiyi yerlər açıqlandı

Tarix: 10-08-2023, 19:16

Ukraynanın işğal olunmuş cənub ərazilərində rusiyalı hərbçilər Ukrayna müdafiə qüvvələrindən gizlənərək yerli əhali arasında özlərinə yer edirlər.

Bu barədə vahid xəbər telemarafonunun efirində “Cənub” Əməliyyat Komandanlığının birgə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk məlumat verib.

“Sol sahildəki işğalçılar həm canlı qüvvələrini, həm də texnikalarını cəmləşdirirlər. Onlar  anlayırlar ki, biz əks əməliyyatlar üzərində işləyirik və bu o deməkdir ki, heç bir nöqtədə onlara rahatlıq olmayacaq. Ona görə də öz mövqelərini yerli əhali arasında yerləşdirməyə çalışırlar. Bununla da Ukrayna Silahlı Qüvvələrinin işini çətinləşdirirlər”, - deyə Qumenyuk bildirib.

O vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələri mülki hədəfləri nişan almır.

“Biz işğal altında olan ərazilərdəki vətəndaşlarımız qarşısında məsuliyyətimizi dərk edirik. Ona görə də belə mövqelərin aşkarlanması və dəqiqliklə məhv edilməsi diqqət tələb edən və çox əziyyətli işdir, lakin sonrası üçün inanılmaz dərəcədə effektivdir”, - deyə “Cənub” Əməliyyat Komandanlığının nümayəndəsi qeyd edib.

Mənbə: UNİAN




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR