Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Priqojinin müttəfiqi hesab edilən rusiyalı general ev dustaqlığına salınıb?

Priqojinin müttəfiqi hesab edilən rusiyalı general ev dustaqlığına salınıb?

Tarix: 16-08-2023, 17:19

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin müttəfiqi hesab edilən rusiyalı general Sergey Surovikin Moskvanın Ukraynada başlatdığı müharibədə rəhbərlik mövqeyindən uzaqlaşdırılıb.

Hazırda onun ev dustaqlığında olduğu bildirilir.

Bu barədə rusiyalı hərbi bloqerlər arasında və KİV-də xəbərlər yayılıb.

Belə ki, Rusiya təhlükəsizlik qüvvələrinə yaxın şəxs tərəfindən idarə olunduğu hesab edilən “VÇK-OQPU” “Telegram” kanalının verdiyi məlumata görə, Surovikin hazırda “bir növ ev dustaqlığındadır”. O, olduğu mənzili tərk edə bilməz, lakin ona baş çəkilməsinə, xüsusən də tabeliyində olan bir neçə nəfərin onu ziyarət etməsinə icazə verilir.

Çeçenistan və Suriyadakı aqressiv hərbi strategiyalarına görə “Armageddon generalı” kimi tanınan Surovikin 2023-cü ilin iyununda “Vaqner”çilərin Moskvaya “yürüşü”ndən sonra ictimaiyyət arasında görünmür. Belə ki, onun Priqojin tərəfindən planlaşdırılan üsyandan xəbəri olduğu barədə məlumatlar yayılıb.

Bu məlumatın ortaya çıxması Rusiyanın keçmiş general-leytenantı, hazırda Dövlət Dumasının deputatı olan Viktor Sobolevin Surovikinin Ukraynadakı Rusiya qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırıldığını elan etməsindən bir neçə gün sonraya təsadüf edir.

Sobolev, həmçinin, Surovikinin qayıda biləcəyinə işarə vurub və generalın ciddi qanun pozuntularına yol vermədiyi aşkar olunmasa, sonradan orduya faydalı ola biləcəyini bildirib.

Kreml hələlik general Sergey Surovikinin harada olması ilə bağlı rəsmi açıqlama verməyib. Həmçinin, Yevgeni Priqojinin muzdlularının yürüşü haqqında məlumatlı olduğuna dair xəbərləri də şərh etməyib.

Mənbə: “Politico”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR