Son Xəbər: Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu, Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib, Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub, Azərbaycanda Milli Qurtuluş Günüdür, Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb,

“Omicronun yeni ştamı daha yoluxucudur” - Rəsmi

“Omicronun yeni ştamı daha yoluxucudur” - Rəsmi

Tarix: 28-08-2023, 12:30

“COVID-19-un Omicron ştamının yeni altnövü EG.5 əvvəlki digər altnövlərdən daha yüksək səviyyəli yoluxuculuğu ilə fərqlənir və bu virusun təbii təkamülündə bir mərhələdir”.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazov qeyd edib ki, yəni təkamül prosesində çoxsaylı mutasiyalar baş verir və yeni altnövlər əmələ gəlsə də, bunlardan yalnız ən sürətlisi daha çox yayılır:

“Yayılma sürəti həmin növün insanlarda koronavirusa qarşı mövcud immunitetdən yayınmaq qabiliyyəti ilə müəyyən olunur. Beləliklə bu növlərdən biri və ya bir neçəsi daha çox yayılır və müəyyən vaxt ərzində dominantlıq edir. Bu hal sonradan daha sürətli variantın peyda olmasınadək davam edir.

Hər yeni sürətli variantın əmələ gəlməsi anında müəyyən narahatlıqlar yaranır. Lakin indiyədək bu alt variantın daha ağır hallar törətməsinin sübutu yoxdur. Yəni, intensiv terapiya bloklarında artım müşahidə olunmur, bu infeksiyadan ölüm halları isə azalmaqda davam edir”.

Nazirlik rəsmisi əlavə edib ki, istənilən halda epidemioloji proses diqqətlə izlənilməlidir:

“Azərbaycanda EG.5 ştamının olması barədə rəsmi məlumat yoxdur. Ümumilikdə koronavirus infeksiyası dalğalarla yayılan infeksiya kimi səciyyələnir. Növbəti dalğalar olsa, əhali daha diqqətli olmalıdır. Qorunma tədbirləri bütün növlər üçün eynidir.

Hələ ki ölkədə epidemioloji durum nəzarət olunandır, yoluxuculuq minimal həddədir. Lakin artımlar olsa, xüsusən də payız-qışa mövsümündə nəinki koronovirusdan, o cümlədən bütün respirator viruslardan qorunma tədbirlərinə hər bir şəxs tərəfindən ciddi əməl olunmalıdır. Mövsümlə əlaqədar risk qrupuna daxil olan şəxslər qripə qarşı, o cümlədən koronovirusa qarşı peyvənd olunması məsləhətdir. İnfeksiyaların alovlanmaları zamanı əhaliyə qapalı məkanlarda maska geyinmək və s. kimi tövsiyələr olsa da, daha sərt tədbirlərin görülməsinə ehtiyacın olmayacağı güman olunur. Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları beynəlxalq təcrübəyə əsaslanaraq epidemioloji prosesi daim izlənilir və bütün mümkün qabaqlayıcı tədbirlər görülür. Bu tədbirlər çərçivəsində əhalinin kütləvi informasiya vasitələri ilə dürüst məlumatlandırılması da böyük əhəmiyyət daşıyır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR