Son Xəbər: Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib, Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb, İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib, Xalq şairi Nəriman Həsənzadə vəfat edib, Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq, Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib, Magistratura üzrə plan yerləri niyə boş qalıb?, Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir, İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub,

Makron İlham Əliyevə zəng etməyə hazırlaşır

Makron İlham Əliyevə zəng etməyə hazırlaşır

Tarix: 28-08-2023, 18:16

Fransa prezidenti Emmanuel Makron bu həftə Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparacağını və Qarabağ münaqişəsinin həlli üçün yeni diplomatik təşəbbüslə çıxış edəcəyini bildirib.

Bu barədə Yelisey sarayının Tvitter-dəki rəsmi hesabında bildirilib.

“Bu həftə mən baş nazir (Ermənistan) Paşinyan və Prezident (Azərbaycan) Əliyevlə danışacağam”, - Makron səfirlər konfransı zamanı deyib.

O, konfrans zamanı “Laçın humanitar dəhlizi” ifadəsini səsləndirib. Fransa prezidentinin sözlərinə görə, o, “dəhliz”lə bağlı müqavilələrə tam əməl olunmasını tələb edəcək, eləcə də Azərbaycana təzyiqləri artırmaq üçün beynəlxalq arenada yeni diplomatik təşəbbüslə çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa prezidenti E.Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə artıq cavab verib.

A.Hacızadə bildirb ki, Makronun bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR