Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

İki alim İsmayıllı-Quba yolunda itkin DÜŞDÜ

İki alim İsmayıllı-Quba yolunda itkin DÜŞDÜ

Tarix: 29-08-2023, 21:50

Tarixçi alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin düşüblər.

Bu barədə onların dostu Nazim Xəlilov məlumat verib. O, gənc alimlərin ailələrinin narahat olduğunu vurğulayıb.

Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva isə bildirib ki, onlar sonuncu dəfə Quba rayonunun Dərk kəndi və İsmayıllı rayonunun Burovdal kəndi ərazilərində olublar. Saat 12:00-dan isə əlaqə kəsilib.

“Onlar qayalıqdadır, çox islanıb və dona bilərlər.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə müraciət edirəm və xahiş edirəm ki, onların tez bir zamanda tapılmasına kömək etsinlər. Həmin nazirliklərin yerli şöbələri onların durumunu və hava şəraitini nəzərə alıb diqqətli olsunlar və bu məsələyə çox həssas yanaşsınlar”.

Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin əməkdaşı, Emil Cəbrayılov isə AMEA Coğrafiya İnstitutunun elmi işçisidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR