Son Xəbər: Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq, İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ, Putin yenə Qarabağdan danışdı, Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq, Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb, İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib, "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb, Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir, İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib, Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək,

İntihar edən hakimin icraatında 84 cinayət işi olub

İntihar edən hakimin icraatında 84 cinayət işi olub

Tarix: 30-08-2023, 16:09

 

Bir neçə gün əvvəl intihar edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatında 84 cinayət işi olub.

Demokrat.az xəbər verir ki, o, sonuncu işlərini avqustun 31-nə təyin edib. Həmin gün intihar edən hakim 9 cinayət işi araşdırmalı olacaqmış. Həmin cinayətlərdən biri bıçaqlanma hadisəsi ilə bağlı olan iş olub. Digər 8 cinayət işi isə narkotiklərlə bağlı olub.

Rahib Salmanov intihar etməmişdən əvvəl sentyabrın 4-nə 15, sentyabrın 7-nə 10, sentyabrın 11-nə 17, sentyabrın 14-nə 7, sentyabrın 18-nə 8, sentyabrın 21-nə 8, sentyabrın 25-nə 2, sentyabrın 28-nə 3, noyabrın 2-nə 6, noyabrın 5-nə isə 1 cinayət işi üzrə məhkəmə iclası təyin edib.

Qeyd edək ki, intihar edən hakimin araşdırdığı cinayətlərdən 2 icraatda rüşvət verməyə təhrik etmə, 4 icraatda dələduzluq, 2 icraatda mənimsəmə, 1 icraatda qətl, 5 icraatda isə qəsdən sağlamlığa xəsarət yetirmə ilə bağlı cinayət işləri olub.

Digər cinayət işləri isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.
Qanunverciliyə görə, bu cinayət işləri digər hakimlərin  icraatına verilməsi üçün qərar qəbul olunacaq.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Rahib Salmanov avqustun 28-də  müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq həyatına son qoyub.

Hazırda bu iş üzrə Nərmanov rayon Prokurorluğunda araşdırma aparılır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR