Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Rusiya ukraynalıların məlumatlarını əldə etmək üçün bu yola əl atır

Rusiya ukraynalıların məlumatlarını əldə etmək üçün bu yola əl atır

Tarix: 1-09-2023, 17:00

"Rusiya ukraynalı əsgərlərin və onların ailələrinin şəxsi məlumatlarını əldə etmək üçün fişinq saytlarından istifadə edir".

Bu barədə "Amerikanın Səsi" məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin rəsmiləri "Amerikanın Səsi"nə Rusiyanın minlərlə ukraynalı əsgər və onların ailələrinin şəxsi məlumatlarını əldə etmək üçün istifadə etdiyi fişinq saytları barədə danışıblar. Onların fikrincə, bu, Ukraynanın işğal olunmuş ərazilərində yaşayan ailə üzvlərini saxlayıb Rusiyaya deportasiya etmək üçün edilir.

ABŞ-dakı bu cür fişinq resurslarına, məsələn, "WarTears" və "ForeignCombatants" layihələri daxildir. Rəsmilərin sözlərinə görə, bu resurslar itkin düşmüş, əsir düşmüş və ya ölmüş ukraynalı əsgərlərin dostları və qohumları üçün dəstək saytı kimi görünür.

Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının nümayəndəsi Petr Yatsenko da "Amerikanın Səsi" ilə söhbətində bu saytların fişinq olduğunu bildirib. Onun sözlərinə görə, "WarTears.org" məlumat bazasında 170 mindən çox ukraynalı hərbçi haqqında məlumat var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR