Son Xəbər: Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib, Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub, Azərbaycanda Milli Qurtuluş Günüdür, Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur,

İcra başçısı Əvəz Zeynallının məhkəməsinə məcburi gətiriləcək

İcra başçısı Əvəz Zeynallının məhkəməsinə məcburi gətiriləcək

Tarix: 8-09-2023, 18:09

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Mediabiz.az News24-ə istinadla xəbər verir ki, prosesdə Sabunçu qəsəbə icra nümayəndəsi Vüsal Hüseynov şahid kimi dindirilib.

O bildirib ki, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində obyektin tikintisinə şərait yaradıb: "Elşən Mehdiyev küçəsində tikiinti gedirdi. İcra başçısı zəng edib mənə dedi ki, E. Mehdiyev küçəsindəki tikili "Əvəz Zeynallının qohumunundur, onunla işiniz olmasın". Birinci dəfə obyekt tikiləndə qanunsuz tikili olduğundan sökdük. İkinci dəfə yenidən tikilməyə başlandı.  İcra başçısı Adil Vəliyev zəng elədi ki, o obyektə dəyməyin. Bir də həmin obyekə yaxın getmədik".

Vəkillərin suallarını cavablandıran Vüsal Hüseynov bildirib ki, o icra başçısının tapşırığını icra edib: "Mən obyektin qanuni və ya qanunsuz tikildiyini bilmirəm. Mənə əsas başçının tapşırığıdır onu yerinə yetirmişəm". 

Məhkəmədə məlum olub ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev prosesə çağırılsa da, məhkəmə iclasına gəlməyib. Hakim bildirib ki, o, növbəti dəfə prosesə gəlməsə, məhkəməyə məcburi gətirilməsi müzakirəyə çıxarılacaq. 

Proses sentyabrın 15-də davam etdiriləcək. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR