Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Şahdağa qar yağdı - YENİLƏNİB

Şahdağa qar yağdı - YENİLƏNİB

Tarix: 9-09-2023, 18:09

Şahdağa qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sentyabrın 9-u saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Daşkəsən Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Oğuz, Qəbələ, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Yardımlı, Lənkəranda şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Şahdağda 3500-3700 metr yüksəkliklərə qar yağması müşahidə olunub.

***11:15

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 9-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən xəbərə görə, bəzi yerlərində yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Oğuzda 49 mm(aylıq normanın 66 %-i), Qəbələdə 41 mm(aylıq normanın 35 %-i), Qaxda 35 mm(aylıq normanın 41 %-i), Şəkidə 28 mm(aylıq normanın 41 %-i), Göygöldə 27 mm(aylıq normanın 59 %-i),Yevlaxda 25 mm(aylıq normanın 111 %-i),Tərtərdə 23 mm(aylıq normanın 92 %-i), Zaqatalada 21 mm(aylıq normanın 25 %-i), Şahdağda 15 mm, Xaçmaz, Ağdam, Balakən, Xaltan, Naftalanda 14 mm, Daşkəsəndə 13 mm, Göyçay, Göytəpə, Gəncə, Gədəbəydə 12 mm, Xınalıq, Qrızda 11 mm, Qusar, Astarada 10 mm, Mingəçevirdə 9 mm(aylıq normanın 36 %-i), Şabran, Qobustan, Yardımlı, Tovuz, Ağstafa, Quba, Ağsu, Şəmkir, Ceyrançöl, İsmayıllı, Lənkəran, Zərdab, Altıağac, Şamaxı, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Lerikdə 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 10 mm(aylıq normanın 56 %-i)-dək olub.

Sentyabrın 8-də şimal-qərb küləyi arabir Goranboy, Naftalanda 18 m/s-dək güclənib.

Sentyabrın 8-də 18:00 radələrində Göygöl rayonu ərazisinə diametri 8 mm olan dolu düşüb.

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 9-da Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançaydan, Şəki rayonu ərazisindən keçən Damarçın çaydan, Çuxadurmaz, Kişçayından, Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Samux rayonu ərazisindən axan Qabırrı çaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından sel keçib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR