Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ermənistanda Rusiyanın etirazına səbəb olan təlimlər başlayır

Ermənistanda Rusiyanın etirazına səbəb olan təlimlər başlayır

Tarix: 11-09-2023, 10:40

 

Bu gün Ermənistanda ABŞ ilə birgə keçirilən “EAGLE PARTNER 2023” hərbi təlimləri başlayır.

Sentyabrın 20-nə qədər davam edəcək təlimlər Ermənistan Müdafiə Nazirliyinin “Zar” sülhməramlı briqadasının tədris mərkəzinin bazasında keçiriləcək. 

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimin keçirilməsində məqsəd  beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, tərəflər arasında təcrübə mübadiləsi, eləcə də Ermənistan bölmələrinin əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsidir. 

Qeyd edək ki, Ermənistanın öz ərazisində ABŞ ilə birgə hərbi təlimlər keçirməsi Rusiyanın kəskin etirazına səbəb olub. Kreml məsələ ilə bağlı açıqlama verərək, hərbi təlimlərin keçirilməsi barədə xəbərin ehtiyatlılıq tələb etdiyini vurğulayıb: “Rusiya bu məlumatı dərindən təhlil edəcək və vəziyyəti izləyəcək”.

 Rusiyanın etirazına səbəb olan təlimlər başlayır





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR